Qulu İbrahimli öz seçicilərinə müraciət edib

Hit: 2642
Qulu İbrahimli öz seçicilərinə müraciət edib
Deputatlığa namizəd Qulu İbrahimli öz seçicilərinə müraciət edib.
 
"Seçkiqabağı təbliğat-təşviqat prosesində iştirak etməyinizi xahiş edirəm
 
Bildiyiniz kimi, ölkədə aparılan kadr və struktur islahatlarının ardıcıllığı və qarşıya qoyulmuş məqsədlərə nail olunması üçün Milli Məclisin beşinci çağırışının buraxılması və növbədənkənar seçkilərin təyin oluması zəruriliyi ilə bağlı mətbuatda və sosial şəbəkədə mütəmadi çıxışlar edirdim. Bundan başqa, bir iqtisadçı kimi, müasir iqtisadi təfəkkürə malik yeni nəslin Milli Məclisdə təmsil olunması ilə bağlı Cənab Prezident İlham Əliyevin çağırışına qoşulmağı və öz bilik, bacarıq, təcrübəm ilə islahatlara dəstək olmağa töhvə verməyi özümə borc bildiyim üçün bu seçkidən kənarda qala bilməzdim. Ona görə də, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə iştirak məqsədilə 24 saylı Nizami 1-ci seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürmüşəm.
 
Seçkiqabağı təbliğat-təşviqat prosesi çərçivəsində Yanvarın 25-də (şənbə günü) saat 15:00-da Keşlə qəsəbəsində parkda (Yenikənd küçəsi) seçicilərlə görüşümə Seçki Dairəsi tərəfindən icazə verilmişdir.
 
Milli Məclisə seçildiyim təqdirdə təkcə Nizami rayonundan olan vətəndaşların deyil, eyni zamanda ölkə iqtisadiyyatının qarşısında duran məsələlərin həllinə yönəlik fəaliyyət göstərəcəyimi nəzərə alaraq, məni əyani və qiyabi tanıyan ziyalılardan, ağsaqqallardan, ağbirçəklərdən, gənclərdən, ümumiyyətlə ölkənin inkişafına və vətəndaşların sosial-rifah halının yaxşılaşmasına töhfə verəcəyimə inanan bütün insanlardan təbliğat-təşviqat prosesində yaxından iştirak etməyi və Milli Məclisdə təmsil olunmağım üçün dəstək olmağı xahiş edirəm".








Redaktorun seçimi