Namizədlər içində şəhid ailələrinin nümayəndəsi varmı?

Hit: 1511
Namizədlər içində şəhid ailələrinin nümayəndəsi varmı?
Fevral ayının 9-da keçiriləcək  növbədənkənar seçki mətbuatda, xüsusilə də sosial mediada ən çox müzakirə edilən mövzulardandır. Namizədlərin bir çoxu ilkin mərhələni keçərək  artıq təsdiqləniblər. Ən maraqlısı isə burasıdır ki, namizədlər arasında müxtəlif peşə sahibləri var. Fərqli ixtisasdan olan şəxslərin deputatlığa maraq göstərməsi təqdirəlayiq haldır. Bu, gələcəkdə Milli Məclisdə müxtəlif mövzularda keçiriləcək müzakirələrdə onların öz sahələrini təmsil etmələrində, həmin sahədən olan şəxslərin problemlərinin işıqlandırılmasında çox faydalı olacaq. 
 
Maraqlıdır ki, təsdiqlənmiş namizədlərin arasında dövlətin daim qayğısına qaldığı, diqqət mərkəzində saxladığı, azadlığımız uğrunda canından keçən şəhidlərin ailə üzvlərindən kimlərsə varmı?
Belə ki, şəhid ailəsinə mənsub birinin Milli Məclisdə təmsil olunması bu qrupdan olan ailələrin problemlərinin işıqlandırılmasında və həllində olduqca böyük rol oynayar. 
Buna görə də kiçik bir araşdırma etdik. Müxtəlif mənbələrdən və kütləvi informasiya vasitələrindən əldə etdiyimiz məlumata əsasən təsdiqləşmiş həmin namizədlərdən biri “Daşaltı “əməliyyatında şəhid olmuş Cavanşir İbrahimovun oğlu Oruc İbrahimovdur. O, namizədliyini doğulub, boya-başa çatdığı Nərimanov rayonunun 19 saylı seçki dairəsindən irəli sürüb. 
Digəri isə Xətai rayonu 36 saylı seşki dairəsindən namizd olan Pərişan Musazadədir. Pərişan Musazadə isə 2016-cı il Aprel döyüşlərində şəhid olan pilot, mayor Təbriz Musazadənin həyat yoldaşıdır.
 
Bu siyahını genişləndirə bilərik. Burda oxucuların da dəstəyinə ehtiyacımız var. Əgər təsdiqlənmiş namizədlər arasında şəhid ailələrinin hər hansı üzvünün iştirak etdiyinə dair məlumatınız varsa, xahiş edirik, bu məlumatları bizimlə paylaşın. Məqsədimiz şəhid ailəsindən olanların parlament seçkilərində iştirakını işıqlandırmaq, onlara dəstək olmaqdır.  (Bizimyol)
 
 
 
 








Redaktorun seçimi