Deputatlığa namizəd Yəhya Babanlı kimdir? - DOSYE

Hit: 1548
Deputatlığa namizəd Yəhya Babanlı kimdir? - DOSYE
Yəhya Məmməd oğlu BABANLI
 
Tarix üzrə fəlsəfə doktoru, Diaspor məsələləri üzrə ekspert.
1981-ci il sentyabrın 30-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda ziyalı ailəsində anadan olub.
1999-2005-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinin bakalavr və magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.
2011-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində ikinci ali təhsil alıb.
2005-2006-cı illərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları sıralarında həqiqi hərbi xidmət keçib.
2003-2005-ci illərdə Azərbaycan Respublikası “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin Səbail rayon Təşkilatının sədri və Beynəlxalq əlaqələr departamentinin rəhbəri olub.
2006-2007-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun “İctimai fənnlər” kafedrasında laborant, baş laborant vəzifəsində işləyib və Tələbə Elmi Cəmiyyətinə sədrlik edib.
2007-2008-ci illərdə Ukraynada Donetsk Vilayəti Azərbaycanlıları Konqresinin Gənclər Parlamentinin sədri və “Konqres Azərbaycan” qəzetinin baş redaktoru olub.
2008-2010-cu illərdə “Azərenerji” ASC-nin İşlər idarəsində, ASC prezidentinin köməkçiləri xidmətində aparıcı mühəndis vəzifəsində işləyib və ASC-nin Mətbuat xidmətinin rəis müavini olub.
2010-cu ildə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası” və 2011-ci ildə Avropa İttifaqının “Cənubi Qafqazda İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi Proqramı” üzrə seminarları müvəffəqiyyətlə bitirdiyinə görə sertifikatlar alıb.
2010-2012-ci illərdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsində baş inspektor vəzifəsində işləyib.
2013-2015-ci illərdə həmtəsisçisi olduğu “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinə sədrlik edib.
2015-ci ildə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda “Azərbaycan diasporunun dövlətlərarası münasibətlərin inkişafında rolu (1991-2011)” mövzusunda dissertasiya işini müdafiə edib.
2015-ci ildə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Mətbuat katibi işləyib.
2017-ci ildə “ADA” Universitetində XI Bakı Yay Enerji Məktəbi kursunu keçib.
2016-2019-cu illərdə “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi olub.
2019-cu ildə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinə rəhbərlik edib.
 
Elmi-pedaqoji fəaliyyətlə məşğuldur.
 
2012-ci ildən Odlar Yurdu Universitetinin “Dövlət hüququ” kafedrasının müəllimidir.
50-dən çox elmi-publisistik məqalənin, 4 dərs proqramının, 2 dərs vəsaitinin və 1 dərsliyin müəllifidir.
“Azərbaycan Respublikasının xarici siyasəti və diaspor fəaliyyəti” və “Diasporologiya. Yeni elm sahəsi.” adlı monoqrafiyaları çapdan çıxıb.
“Dünya Azərbaycanlılarının Palitrası“ kitabının məsləhətçisidir.
Ordubad şəhidlərinə həsr olunmuş “Qapıcıq Zirvəsinə Yüksələnlər“ kitabının tərtibatçısıdır.
 
Eyni zamanda, Ordubadın və Culfanın tarixi və şəxsiyyətləri ilə bağlı elektron informasiya sisteminin yaradılmasının təşəbbüskarıdır.
Fəaliyyət sahələri üzrə və Azərbaycan Respublikasında gənclər siyasətinin inkişafındakı xidmətlərinə görə bir sıra Fəxri Fərman və Diplomlarla təltif olunub.
2000-ci ildən Yeni Azərbaycan Partiyasının və 2016-cı ildən “Vışka” qəzetinin redaksiya heyətinin üzvüdür.
 
Ailəlidir, 2 övladı var.








Redaktorun seçimi