Cavid Osmanov Ərəbocağı və Pirkəkə kəndlərində seçicilərlə görüşdü

Hit: 1264
Cavid Osmanov Ərəbocağı və Pirkəkə kəndlərində seçicilərlə görüşdü
Fevaralın 9-da Milli Məclisə keçiriləcək seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsinə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı işini uğurla davam etdirir. Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 90 saylı Ağdaş Seçki Dairəsindən irəli sürülən YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov kampaniya çərçivəsində rayonun Ərəbocağı və Pirkəkə kəndlərində seçicilərlə görüş keçirmişdir.
 
Çoxsaylı seçicilərin coşqu ilə iştirak etdiyi görüşləri açan Cavid Osmanov geniş və əhatəli çıxış etdi. Son illər ərzində ölkəmizin davamlı olaraq inkişaf mərhələsi keçdiyini qeyd edən Cavid Osmanov insanların sosial rifah halının yaxşılaşması, respublikada həyata keçirilən islahatlara diqqət çəkdi. Ölkə miqyasında görülən işlər nəticəsində Ağdaş rayonunun da simasının dəyişməsi, daha da abadlaşdırılması, kənd yolların bərpa edilməsi, kommunikasiya xəttlərinin yenilənməsi, insanların məşğulluğunu təmin etmək üçün həyata keçirilən tədbirlərin davamlı hal aldığını bildirdi. Bütün bu görülən işlərin isə Yeni Azərbaycan Partiyasının sədri, cənab prezidentimiz İlham Əliyevin yürütdüyü düşünülmüş siyasətinin və yorulmaz əməyinin nəticəsi olduğunu görüş iştirakçılarının diqqətinə çatdırdı. Cavid Osmanov 2020-ci ilin ölkəmizdə Könüllülər ili olduğunu qeyd edərək bunun ölkə gənclərinə ayrılan dövlətin bir diqqət və qayğısı olduğunu da vurğuladı.
 
Təbliğat qrupunun üzvü Vaqif Hacıyev çıxış edərək 9 fevral tarixində keçiriləcək Parlament seçkiləri haqqında məlumat verdi, Cavid Osmanovun V çağırış Milli Məclisin deputatı kimi fəaliyyətinə nəzər saldı və görmüş olduğu işlərdən danışdı. O, seçiciləri fevral ayının 9-da seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasın namizədi Cavid Osmanova səs verməyə çağırdı.
Görüşlərdə seçicilərdən Ərəbocaq kənd sakinləri Natiq Məmmədov, Məsturə Məbudova, Tapdıq Sadıqov, Pirkəkə kənd sakinləri Elşən Həşimov, Əhməd Osmanov və Əlizadə Məmmədov söz alaraq Cavid Osmanovun namizədliyinin Yeni Azərbaycan Partiyası tərəfindən yenidən irəli sürülməsini fəxr və qürur hissləri ilə qarşıladıqlarını qeyd etdilər. Onlar bildirdilər ki, artıq seçimlərini ediblər və 9 fevral tarixində bu seçimi yekdilliklə tədiqləyəcəklər. Çıxışlarda bildirildi ki, müstəqil Azərbaycan dövləti gündən-günə güclənir, ölkənin hər bir bölgəsi, eləcə də doğma Ağdaşımız inkişaf edir. Hər zaman olduğu kimi bundan sonra da ağdaşlılar cənab prezidentimiz İlham Əliyevin siyasətinə sadiq qalacaqlar.
 
Görüşlərdə Cavid Osmanov seçiciləri maraqlandıran suallara ətraflı cavablar verdi və onlarla xatirə şəkilləri çəkdirdi.








Redaktorun seçimi