Ləman Ələşrəfqızı seçicilərlə görüşlərini davam etdirir

Hit: 1260
Ləman Ələşrəfqızı seçicilərlə görüşlərini davam etdirir
Deputatlığa namizəd Ləman Ələşrəfqızı Oğuzda seçiciləri ilə görüşlərini davam etdirir.
 
117 saylıı Oğuz - Qəbələ seçki dairəsindən deputalığa namizəd Ləman Ələşrəfqızı rayonun Bayan və Calud kəndində seçiciləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
 
Calud kənd sakinləri kəndin yol , bağça və su problemindən gileyləniblər. Kənd sakinlərinin sözlərinə görə, içməli su dağdan gəlir və yağış, qar yağanda su istifadə üçün tamamilə yarıtmaz hala düşür. Seçicilər namizəddən deputat seçiləcəyi təqdirdə su probleminin həllinə kömək etməyini xahiş ediblər. Kəndin bağça problemi də, yol problemi də uzun illər insanların yaralı yeridir.
 
Xatırladaq ki, Calud kəndində Ermənistandan, Gürcüstanın Borçalı mahalından olan insanlar, Mesxeti türkləri, məcburi köçkünlər, qısası 14 müxtəlif bölgədən olan ailələr məskunlaşıb. Bayan kəndində də seçicilər namizədə dəstəyini ifadə ediblər. Kənd sakinləri seçkidə aktiv iştirak edəcəkləri və öz el qızlarına dəstək olacaqlarını bildiriblər.
 
Ləman Ələşrəfqızı deputat seçiləcəyi təqdirdə ən yaxşı nümunə göstərəcəyini bildirib. O deyib ki, Prezidentin apardığı islahatlar parlamentin yeniləşməsini diqtə edir. " Dövlət inkişafa , tərəqqiyə şərait yaradır, dövlət yeni qüvvələr təklif edir, o qüvvə bizik".
 
Xatırladaq ki, təşviqatın ikinci gününə baxmayaraq deputatlığa namizəd Oğuzun beş kəndində - Muxas, Bucaq , Malıx, Calud və Bayan kəndlərində olub, seçicilərinin problemlərini dinləyib.








Redaktorun seçimi