Elimiz üçün - Yəhya Babanlıya səs verək

Hit: 1333
Elimiz üçün - Yəhya Babanlıya səs verək

Əziz və Dəyərli ELLİLƏRİM!

Azərbaycan Respublikası Prezidentinin Milli Məclisə növbədənkənar seçkilər ilə bağlı “Ümid edirəm, gənclər də parlament seçkilərində çox fəal olacaqlar” çağırışını əsas götürərək seçkilərə qatıldım. Məhz 7 saylı Ordubad-Culfa seçki dairəsini seçməyim, buradan namizədliyimi irəli sürməyim heç də təsadüfi deyil. Sizin kimi, mən də bu elin saf havası, şəfalı suyu, müqəddəs çörəyi ilə qidalanmışam. Bir sözlə, mən, sizlərdən biriyəm.

Harada yaşamağımdan asılı olmayaraq yurdumuz hər zaman diqqətimdə olub və həmişə “Elimiz üçün nə edə bilərəm?” deyə düşünmüşəm. Əminəm ki, bütün ellilərimin dəstəyilə illər boyu ümumiləşdirdiyim arzu və istəklərimin gerçəyə çevrilməsinə bu il birlikdə start verəcəyik. 2020-ci ildə Milli Məclisə növbədənkənar seçkilərdə taleyüklü səsinizi mənə verəcəksiniz. Biz birlikdə sosial-iqtisadi inkişaf, eləcə də, təhsil, turizm, gənclərlə iş sahəsində təşəbbüsləri və təklifləri həyata keçirərək, ideya və layihələri icra edərək bölgəmizin çiçəklənməsinə imza atacağıq. Hər birinizin səsi mənim üçün olduqca əhəmiyyətlidir və mənim məsuliyyətimi ikiqat artırır.

Doğma elimizi ləyaqətlə təmsil edəcəyimi, dövlət və xalqımızın mənafeyini ən yüksəkdə tutacağımı sözdə deyil, əməldə görəcəksiniz. Hamınızın səsi olacağımdan, hər zaman sizinlə bərabər addımlayacağımdan əmin olun. Şərəfli xidmətimiz, şanlı Vətənimiz, Elimiz üçündür.

Gəlin, Elimiz üçün həmrəy olaq! Sizin namizədiniz,

Yəhya Məmməd oğlu BABANLI

#ELimizÜçün
http://yahyababanli.az
[email protected]









Redaktorun seçimi