Lalə Bağırovanın namizədliyi qeydə alındı

Hit: 1187
Lalə Bağırovanın namizədliyi qeydə alındı
"S.R" MMC-nin marketinq və PR üzrə  meneceri Lalə Bağırovanın namizədliyi qeydə alınıb.
 
Faktor.az xəbər verir ki, bu barədə  Lalə Bağırova özü məlumat verib.
 
"Əziz dostlar, 40 saylı Kəpəz ikinci (Gəncə) Seçki Dairəsinə namizədliyim rəsmən təsdiqləndi. Mənə dəstək olan və yanımda olan hər kəsə sonsuz təşəkkürümü bildirirəm.
 
Mən inanıram ki, bu seçkilərdə BİZ GƏNCLƏR qazanacağıq.
 
Mən xalqını sevən, vətəninə bağlı, millətinə təmannasız olaraq xidmət göstərə bilən, fədakar, xeyirxah, enerjili, operativ gənc namizədlərə, həmçinin özümə inaniram!
 
9 Fevral Milli Məclisə Seçkilərə var gücümlə hazırlaşacağam!
 
Hər birimizə bu yolda uğurlar arzu edirəm!"








Redaktorun seçimi