Federasiya rəhbəri baş redaktora rəqib oldu

Hit: 745
Federasiya rəhbəri baş redaktora rəqib oldu
119 saylı Ağdam kənd Seçki Dairəsindən namizədliyi təsdiqlənmiş Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyevlə, eyni dairədə namizədliyi təsdiqlənmiş "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov rəqibdir.
 
Məlumata əsasən, Azərbaycan Alpaqut Federasiyasının prezidenti, iş adamı Qüdrət Nuriyev 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 119 saylı Ağdam kənd Seçki Dairəsindən fərdi qaydada namizədliyini irəli sürüb. Qüdrət Nuriyevin namizədliyi artıq rəsmi qeydiyyata alınıb.
Həmin dairə üzrə bu günki günə kimi rəsmi qeydiyyata alınmış 9 namizəddən biri də "Azərbaycan" qəzetinin baş redaktoru, II, III, IV və V çağırış Milli Məslisin deputatı olmuş Bəxtiyar Sadıqovdur.
 
Dairə ərazisində aparılan ilkin müşahidələrə əsasən demək olar ki, bu dairə üzrə əsas rəqabət bu iki namizəd arasında gerçəkləşəcək.








Redaktorun seçimi