Tanınmış jurnalist Fuad Abbasov deputatlığa namizədliyini irəli sürüb

Hit: 969
Tanınmış jurnalist Fuad Abbasov deputatlığa namizədliyini irəli sürüb

Tanınmış jurnalist Fuad Abbasov deputatlığa namizədliyini irəli sürüb. Faktor.az-ın verdiyi xəbərə görə, F.Abbasov 33 saylı Xətai birinci seçki dairəsindən öz namizdəliyini verib. Mərkəzi Seçki Komissiyası Fuad Abbasovun namizədliyini qeydə alıb.

Qeyd edək ki,  Fuad Abbasov 1976-cı il dekabr ayının 15-də Bakı şəhərində doğulub. Əslən Füzuli rayonundan olan Abbasov 1993-çü ildə Bakı şəhəri 95 nömrəli orta məktəbi bitirib. Ali təhsilini Türkiyədə alıb. İstanbul Universitetinin jurnalistika fakultəsinin radio və televiziya bölümünü bitirib (1994-2000). 2019-cu ildə Moskva Dövlət Humanitar – İqtisad Universitetinin hüquqşünaslıq ixtisası üzrə magistr dərəcəsi alıb.  6 aprel 2016-cı ildən təsisçisi olduğu MİSRA (Rusiya Azərbaycanlılarının Beynəlxalq İnformasiya Birliyi) internet kanalını yaradıb. Eyni zamanda 2017-ci ildən Rusiya azərbaycanlılarının İnformasiya Təşəbbüsləri Mərkəzinin də rəbəridir. 2016-cı ildən sosial şəbəkələrdə və video platformalarda aktiv fəaliyyət göstərməyə başlayıb.

Fuad Abbasov rus televiziya, radio, qəzet və internet mediasında cox sayda cıxış edib, demək olar Rusiyanın dövlət telekanallarında regionumuza aid yayımlanan bütün verilişlərə dəvət olunub. Fuad Abbasov Azərbaycan əleyhinə çıxışlar edən müxtəlif ölkələrdən, o cümlədən Ermənistandan olan politoloqların əhatəsində ölkəsinin haqlı mövqeyini tək müdafiə etməkdən çəkinmirdi. Buna dair kifayət qədər video var ki, onu insanların sevimlisinə çevirib. 

Rusiyada demək olar bütün mətbuat orqanlarına ermənilərin təsir edə bildiyi dövrdə Fuad Abbasov ekspert kimi Azərbaycan xalqının milli-mədəni maraqlarını qoruyan yeganə şəxs kimi tanınır.









Redaktorun seçimi