Məlahət İbrahimqızı: Azərbaycan dünya üçün nümunədir

Hit: 686
Məlahət İbrahimqızı: Azərbaycan dünya üçün nümunədir
«Dünyanın bir çox ölkələrində İslamı zəiflətməklə bağlı cəhdlər edilir. Lakin Azərbaycanda məzhəb ayrılığı yoxdur. Ölkəmizdə İslam Universiteti fəaliyyət göstərir, eləcə də Qafqazın ən böyük məscidi "Heydər Məscidi"ndə vəhdət namazı qılınır. Bu, dünya üçün örnəkdir». Bu fikirləri YAP Siyasi Şurasının üzvü,  Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
 
M.İbrahimqızı bildirib ki, əgər bu gün dinlərarası, sivilizasiyalarası razılıq olsa, münaqişələr də olmaz. Onun fikrincə, bu baxımdan, Azərbaycan modelini öyrənmək lazımdır.
 
«Dünyada əmin-amanlıq istəyiriksə soyqırımların, terrorların qarşısı alınmalıdır. Bütün dinlər bu işdə fəal olmalıdırlar. Təəssüf ki,  Avropa ölkələrində islamofobiya meylləri təbliğ olunur. İnsanlar həmrəy olmalı, birləşməlidirlər ki, Xocalı hadisələri ilə rastlaşmayaq. İslam ölkələri, eləcə də digər din təmsilçiləri də bu işdə fəal olmalıdırlar»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb. 








Redaktorun seçimi