Şahin İsmayılov: Azərbaycanda könüllülər ciddi uğurlara imza atıblar

Hit: 993
Şahin İsmayılov: Azərbaycanda könüllülər ciddi uğurlara imza atıblar
“Prezident İlham Əliyevin 2020-ci ili ölkəmizdə “Könüllülər ili” elan etməsi gənclər tərəfindən böyük ruh yüksəkliyi qarşılanır. Dövlətimizin başçısının bu qərarı gənclərin öz potensiallarına inamlarının artmasına, həmçinin ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin daha da inkişafına mühüm töhfə verəcək”. Bu fikirləri Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
 
Ş.İsmayılov bildirib ki, Azərbaycanda könüllülər ciddi uğurlara imza atıblar. Onun sözlərinə görə, “ASAN xidmət”, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” tələbə könüllüləri, miqrasiya könüllüləri, diaspor könüllüləri, könüllü gömrükçülər, aqrar inkişaf könüllüləri və digər bir çox könüllülər mərkəzi və yerli icra hakimiyyəti orqanlarında fəal iştirak edirlər. Könüllülərimiz ölkəmizdə “Eurovision” mahnı müsabiqəsi, birinci Avropa Oyunları, Formula 1 yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərdə böyük əmək sərf ediblər.
 
“Sərəncamda qeyd olunduğu kimi, könüllülük fəaliyyətinin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılıb, normativ hüquqi baza təkmilləşdirilib, dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsindən bütün Azərbaycan gəncliyi faydalanacaq”-deyə, deputat qeyd edib.








Redaktorun seçimi