"Əldə edilən nailiyyətlər müqayisə olunmayacaq dərəcədə artıb"

Hit: 1743
"Əldə edilən nailiyyətlər müqayisə olunmayacaq dərəcədə artıb"
"Azərbaycan yüksək idman nailiyyətlərinə malik bir ölkədir. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmançılara göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində əldə edilən nailiyyətlər müqayisə olunmayacaq dərəcədə artıb”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib. E.Səlimov bildirib ki, hazırda Bakı şəhərində və Azərbaycanın bütün regionlarında 50-yə yaxın Olimpiya İdman Kompleksi fəaliyyət göstərir ki, bu da güclü idmançılar hazırlanması ilə yanaşı, əhalinin sağlam həyat tərzi sürməsinə də hərtərəfli şərait yaradır. Onun sözlərinə görə, Azərbaycan ən mötəbər beynəlxalq idman tədbirlərinin, idmanın müxtəlif növləri üzrə dünya və Avropa çempionatlarının, dünya kuboku və Qran-Pri yarışlarının keçirilməsində kifayət qədər böyük təcrübəyə malik bir ölkədir. “Xüsusilə qeyd etmək istəyirəm ki, bu silsilədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədri olduğu Təşkilat Komitəsinin rəhbərliyi ilə Bakı şəhərində keçirilmiş ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq miqyaslı idman tədbirləri yüksək peşəkarlığı ilə bütün dünyada əks-sədaya səbəb olub. Hesab edirəm ki, idman sahəsində uğurlarımız bundan sonra da davamlı olacaq”-deyə, deputat qeyd edib.








Redaktorun seçimi