Əli Əsədov Ukraynanın baş naziri və İranın birinci vitse-prezidentinə başsağlığı verib

Hit: 446
Əli Əsədov Ukraynanın baş naziri və İranın birinci vitse-prezidentinə başsağlığı verib
Azərbaycanın Baş Naziri Əli Əsədov Ukraynanın baş naziri Oleksiy Qonçaruka başsağlığı məktubu göndərib.
 
Nazirlər Kabinetindən Faktor.az-a verilən məlumata görə, məktubda deyilir:
 
“Tehran yaxınlığında Ukrayna Beynəlxlaq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.
 
Ə.Əsədov həmçinin İran İslam Respublikası prezidentinin birinci müavini İshaq Cahangiriyə başsağlığı məktubu göndərib: “Tehran yaxınlığında Ukrayna Beynəlxlaq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”








Redaktorun seçimi