Nərmin Qəniyeva parlament seçkilərinə qoşuldu

Hit: 1592
Nərmin Qəniyeva parlament seçkilərinə qoşuldu
Tanınmış ictimai xadim Nərmin Qəniyeva parlament seçkilərinə qoşuldu

Faktor.az xəbər verr ki, bu barədə Nərmin Qəniyeva özü məlumat verib
 
"Bildiyiniz kimi 17 ilə yaxındır ki, ictimai sahədə fəaliyyətimi davam etdirirəm. Bu illər ərzində komandamız, tərəfdaşlarımızla birlikdə cəmiyyətimizin rifahı naminə bir sıra əhəmiyyətli layihələri həyata keçirmişik. Yaşından, yaşayış yerindən, maddi vəziyyətindən, cinsindən, fiziki xüsusiyyətlərindən asılı olmayaraq cəmiyyətimizin əsasını təşkil edən müxtəlif şəxslərlə görüşmüşük, onları dinləmişik, onların çətinliklərini öyrənmişik. Layihələrimiz yüzlərlə şəxsin həyatında olan müsbət dəyişikliklərdə pay sahibi olub.
İllərin qazandırdığı təcrübə, ölkəmizin ictimai fəaliyyətində yaxından iştirak etmək, cəmiyyətimizin rifahına töhfə vermək arzuma əsaslanaraq 9 fevral 2020-ci ildə keçirilən Parlament Seçkilərində 87 saylı Ağsu - İsmayıllı seçki dairəsindən namizədliyimi irəli sürmüşəm", deyə N.Qəniyeva bildirib.








Redaktorun seçimi