"Azərbaycan Türkiyənin yanında, Türkiyə Azərbaycanın yanındadır"

Hit: 670
"Azərbaycan Türkiyənin yanında, Türkiyə Azərbaycanın yanındadır"
“Türkiyə-Azərbaycan əlaqaqələri qardaşlıq əlaqələrinə çevrilib ki, bunun da əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu əlaqələr “Bir millət, iki dövlət” fəlsəfəsinə uyğun inkişaf edir”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.
 
E.Səlimov bildirib ki, Azərbaycan-Türkiyə arasında siyasi, iqtisadi, mədəni əlaqələrin inkişaf səviyyəsi ilə bir yüksək səviyyədədir ki, hər iki ölkənin əhalisi bundan faydalanır. Onun sözlərinə görə, Azərbaycanın müəllifi olduğu bir sıra mühüm layihələr Türkiyə ilə birgə həyata keçirilir.
 
“Enerji, nəqliyyat sahəsində həyata keçirilən layihələrin birgə işlənməsi hər iki ölkənin maraqlarına xidmət etməklə Azərbaycan və Türkiyəyə böyük dividend gətirir. TANAP-ın Avropa sərhədinə çatdırılması və yaxın vaxtda işə düşməsi nəticəsində ölkələrimizin iqtisadiyyatında özünü göstərəcək. Ölkələr qarşılıqlı əməkdaşlıq nəticəsində sərmayə qoyuluşuna xüsusi diqqət yetirirlər. Son vaxtlar qarşılıqlı ticarət əlaqələrinə də diqqət yüksəlib, ticarət dövriyyəsi xeyli artıb. Beynəlxalq qurumların tədbirlərində Azərbaycan Türkiyənin yanında, Türkiyə Azərbaycanın yanındadır, bir-birinə dəstək olurlar”-deyə, deputat qeyd edib.








Redaktorun seçimi