"Ulu öndər Heydər Əliyevin əziz xatirəsini qürurla anırıq"

Hit: 1316
"Ulu öndər Heydər Əliyevin əziz xatirəsini qürurla anırıq"
Müstəqil Azərbaycan Respublikasının formalaşmasında və onun dinamik inkişafında böyük zəhməti olan tarixi şəxsiyyətlələri araşdırdıqda ilk sırada vətənə bağlılığı, millətinə sevgisi və dərin zəkası ilə seçilən ulu öndər Heydər Əliyev yer alır. O, bütün ömrünü vətəninə, xalqına xidmətə həsr etmiş və azərbaycançılıq ideologiyasını sön nəfəsinə kimi təbliğ etmişdir.
 
Hamımıza məlumdur ki, Azərbaycanın inkişafı, dünyəvi dövlətlər sırasında özünə layiqli yer tutması birmənalı olaraq ulu öndər Heydər Əliyevin adı və faliyyəti iləbağlıdır.  Heydər Əliyevi fəaliyyət strategiyasının uğurlu nəticəsini biz bu gün ölkədə bütün sahələrdə görür və gələcək inkişafın proqnozlarını aydın şəkildə verə bilirik. Bütün bunlar məhz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dayanıqlı və mükəmməl bir siyası fəaliyyətin nəticəsidir.
 
Ulu öndərimiz Azərbaycanın şanlı tarixinə ölkənin qurucusu və xilaskarı kimi daxil olaraq xalqımızın birliyində, sülhün bərqərar olunmasında və dövlətimizin ictimai-siyasi həyatında misilsiz xidmətlər göstərmişdir. Bu xidmətləri danışmaqla, sadalamqla bitməz.  Bitən tək bir şey oldu ki, o da 12 dekabr 2003-cü il tarixində ulu öndər Heydər Əliyev canı qədər sevdiyi vətənindən, onu sevənlərdən ayrılığı. Bu ayrılıq Heydər Əliyevin əziz xatirəsini onu  sevənlərin hər birinin qəlbində əbədi həkk etdi.  Artıq illərdir ki, biz dahi şəxsiyyət Heydər Əliyevi qürür və ehtiram hissi ilə yad edirik. Qürula anırıq ona görə ki, qürür mənbəyimiz məhz ulu öndər Heydər Əiyevin zəhmətlə qurdub yaratdığı müstəqil Azərbaycan dövlətidir və biz bu dövlətin vətəndaşlarıyıq. Bu gün Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycanı qoruyub saxlamaq, ulu öndərin uğurlu siyasi xəttinin sadiq davamçısı dövlət başçısını dəstəkləmək və vətənimizin inkişafı, bütövlüyü naminə bütün gücümüzü səfərbər edib xalqa xidmət etmək hər birimizin müqəddəs borcudur. 
 
ADBTİA-nın prorektoru, professor Yusif Babanlı
 








Redaktorun seçimi