Qazaxıstan Dağlıq Qarabağ probleminin həlli məsələsində hər zaman Azərbaycana dəstək verib - FOTOLAR

Hit: 586
Qazaxıstan Dağlıq Qarabağ probleminin həlli məsələsində hər zaman Azərbaycana dəstək verib - FOTOLAR
"Qazaxıstanla Azərbaycan arasında dostluq münasibətləri hər keçən gün daha da möhkəmlənməkdədir."
 
Faktor.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəz Xamedov deyib.
 
O bildirib ki, Qazaxıstan-Azərbaycan əlaqələrinin inkişafında və bu ölkənin ictimai-siyasi, iqtisadi, mədəni-sosial həyatında azərbaycanlıların mühüm rolu var. Dost və qardaş Qazaxıstanda məskunlaşan 150 mindən çox soydaşımız daim tarixi vətənimiz olan Azərbaycanda gedən inkişaf proseslərini sevinclə qarşılayır və iki ölkə arasında münasibətlərin tərəqqisinə töhfələrini verirlər
 
Assosiasiyasının sədri həmçinin bildirib ki, Qazaxıstan Dağlıq Qarabağ probleminin həlli məsələsində hər zaman Azərbaycana dəstək nümayiş etdirib. Bundan əlavə, Qazaxıstan və Azərbaycanı uzunmüddətli iqtisadi münasibətlər birləşdirir. Azərbaycan və Qazaxıstan vacib iqtisadi, investisiya və mədəni tərəfdaşdırlar.
 
Əbülfəz Xamedov həmçinin qeyd edib ki, yaxın müddətdə Qazaxıstanda ulu öndər Heydər Əliyevin adına parkın salınması da planlaşdırılır. Bundan əlavə yanvar ayında Azərbaycanda iki ölkənin dostluq münasibətlərinin inkişafı üçün mədəniyyət günlərinin keçirilməsi də planlaşdırılır.
 
Qeyd edək ki, Azərbaycanda səfərdə olan Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəz Xamedov bu gün Bakıda Ümummilli Liderin xatirəsini yad edib. Əbülfəz Xamedov Ulu Öndərin xatirəsini hörmət və ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyub. Əbülfəz Xamedo həmçinin Azərbaycanın xalq şairi, Zəlimxan Yaqubun da məzarını ziyarət edib, məzarı üzərinə gül dəstələri qoyub.
 
 
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi