Yeni Azərbaycan Partiyasının yaradılmasının 27 ili tamam olur

Hit: 351
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27 ili tamam olur
Bu gün Yeni Azərbaycan Partiyasının 27 illiyi qeyd olunur.
 
Partiyanın əsası 1992-ci ildə Heydər Əliyev tərəfindən qoyulub. Partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilib və Heydər Əliyev YAP-ın sədri seçilib. Konfransda Azərbaycanın əksər rayonlarından cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndə iştirak edib.
 
Xatırladaq ki, 2003-cü ildən bəri partiyanın sədri İlham Əliyevdir. YAP-ın lideri İlham Əliyev 2003-cü, 2008-ci və 2013-ci illərdə Azərbaycanda keçirilən prezident seçkilərində qalib olub. 2010-cu il Milli Məclisə seçkilərdə partiya 125 mandatdan 72-sinə sahib olub. Partiya 2015-ci ildə Milli Məclisə keçirilən seçkilərdə də inamlı qələbə qazanıb.








Redaktorun seçimi