YAP dövlətin qurulmasında misilsiz xidmətlər göstərib - Yusif Babanlı TƏBRİK ETDİ

Hit: 1264
YAP dövlətin qurulmasında misilsiz xidmətlər göstərib - Yusif Babanlı TƏBRİK ETDİ

Müstəqil Azərbaycanın şanlı siyasi tarixinin bünövrəsində duran Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də Ulu öndər Heydər Əliyev və vətəninə ləyaqətlə xidmət edən bir qrup ziyalılar tərəfindən təsis edilərək hər bir azərbaycanlının etibarlı partiyasına çevrilmişdir.

Bu gün 740 min-dən çox üzvünü milli maraqlar və konservatizm ideologiyası ətrafında birləşdirən YAP-ın yaranmasınından 27 il keçir. YAP bütün bu illər ərzində vətənpərvər və ziyalı insanları öz ətrafında sıx birləşdirərək dövlətin qurulmasında, möhkəmlənməsində və inkişafında misilsiz xidmətlər göstərmişdir.

Partiyanın yaranmasının 27-ci ildönümü münasibəti ilə partiyamızın sədri Cənab Prezident İlham Əliyevi, bütün partiya üzvlərini və bu amala xidmət edən hər bir azərbaycanlını ürəkdən təbrik edir, işlərində bol-bol müvəffəqiyyətlər arzu edirəm.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman işləri üzrə prorektoru, professor Yusif Babanlı









Redaktorun seçimi