Əməliyyat təlimində Naxçıvan Qarnizonu qoşunlarının fəaliyyətləri davam edir

Hit: 262
Əməliyyat təlimində Naxçıvan Qarnizonu qoşunlarının fəaliyyətləri davam edir

Azərbaycan Ordusu miqyasında keçirilən əməliyyat təlimində Naxçıvan Qarnizonu qoşunlarının fəaliyyətləri davam edir.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, təlimin ikinci günü qoşunların səfərbərlik ehtiyatları ilə komplektləşdirilməsi üçün şəxsi heyət və texnikanın qəbulu məntəqələri tam həcmdə açılaraq praktiki fəaliyyət göstərib. Açılmış məntəqələrdə şəxsi heyət silah və maddi vəsaitlərlə təmin edilərək, müxtəlif nəqliyyat vasitələri ilə birləşmə və hissələrin cəmləşmə rayonlarına çıxarılıb.

Hərbi qərar qəbuletmə prosesinə uyğun olaraq əsas komanda məntəqəsində keçirilən brifinqdə Müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun Ordu komandanı idarə və qoşun növü rəislərinin məruzələrini dinləyib, qərarın qəbulu üçün lazımi hesabatların aparılmasına və əlavə tədbirlərin görülməsinə göstəriş verib.









Redaktorun seçimi