Bələdiyyə seçkiləri ilə əlaqədar 5 020 287 ədəd bülleten çap olunacaq

Hit: 616
Bələdiyyə seçkiləri ilə əlaqədar 5 020 287 ədəd bülleten çap olunacaq
Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
 
Iclasda dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı təsdiqlənib.
 
Eyni zamanda seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydaları təsdiq olunub və seçki bülletenlərinin sayı 5 020 287 müəyyənləşib.
 
Həmçinin seçkilərdə iştirak etmək üçün Vəhdət Partiyasının səlahiyyətli nümayəndəsi qeydə alınıb.








Redaktorun seçimi