Ölkədə aparılan islahatlar həmdə insan hüquq və azadlıqlarının qorunmasına yönəlib

Hit: 249
Ölkədə aparılan islahatlar həmdə insan hüquq və azadlıqlarının qorunmasına yönəlib

Ölkə prezidenti cənab İlham Əliyevin son günlər imzaladığı sərəncamları uğurlu islahatları başlanğıcı hesab etmək olar. Möhtərəm Prezidentin bu addimi tək kadr dəyişiklikləri kimi deyil, köklü islahatlar kimi də yadda qalacaq. Çünki bu islahatlar bir başa insan resuslarına, sosial-iqtisadi dayanıqlığa və insan hüquqlarının qorunmasına yönəlib.

Cənab Prezidentin müəllifi olduğu geniş miqyaslı islahatlar Respublika Hərbi Prokurorluq sistemindən də yan keçməyib.

Təsadüfi deyilki, Hərbi Prokurorluğun bir başa vəzifəsi hərbi hissələrdə qanunun aliliyini qorumaq, zabit-əsgər münasibətlərini qanuni müstəvidə qurulmasına nəzarət etməkdir. Heç kimə sirr deyil ki, bir neçə illər bundan əvvəl hərbi hissələrdə zabitlərin öz tabeçiliyində olan hərbi qulluqçularla və əsgərlərlə davranış qaydalarında kobudluqlara, qeyri insani rəftarlara tez-tez rast gəlinirdi. Buda hərbi hissədə cinayətlərin və əsgər intiharlarının artması ilə müşaiyyət olunurdu. Bütün bunlar isə Silahlı Qüvvələrimizi ictimaiyyətin gözündən salırdı, orduya inamı zəiflədirdi. Buda müharibə şəraitində yaşayan ölkəmiz üçün faciəvi bir hal idi.

Məhz Hərbi Prokurorluq əməkdaşlarının Müdafiə Nazirliyi ilə birgə hərbi hissələrdə apardığı praktik işlər, nəzarət mexanizminin gücləndirilməsi hərbi cinayətlərin sayını minimuma endirmişdi.

Bu yazını hazırlamağı bizə vadar edən bu günlərdə redaksiyamıza gəlmiş iki məktub olub. Hər iki məktub Hərbi Prokurorluq əməkdaşlarına təşəkkür xarakteri daşıyırdı.

Oğuz rayon Padar kənd sakini 2-ci qrup Qarabağ əlili Yunusov Yusif Izzət oğlunun yazmış olduğu məktubda qeyd edilir: "Azərbaycan Respublikasi Hərbi Prokurorluğu mənim Qarabağ əlili olduğumu nəzərə alıb oğlum Yunuszadə Izzət Yusif oglunun inzibati işinə xitam verdiyi üçün öz adımdan və ailəmiz adından Prokurorluq əməkdaşlarına təşəkkürümü çatdırıram."

İkinci məktub isə Mirzəyeva Rühəngiz Təvəkkül qızı tərəfindən gəlib. Məktub müəllifi N saylı hərbi hissənin giziri tərəfindən döyüldüyünü, mobil telefonunun sindırılmasını və 1500 manat maddi ziyan vurulmasını bildirir. Baş verən olayla bağlı Sumqayit Hərbi Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edən zərərçəkmiş işi Respublikanın Hərbi Prokuroru Xanlar Vəliyev tərəfindən şəxsi nəzarətə götürülür və 3 gün müddətində təqsirli şəxs layiqli cazasın alıb, eyni zamanda Rühəngiz xanıma dəymiş ziyan ödənilir.

Olunan şikayətlərin vaxtında araşdirılması vətəndaşlar arasında Hərbi Prokurorluq orqanının nufuzunu artmasına səbəb olmuşdu. Hərbi Prokurorluq sistemində aparılan məqsədə uyğun islahatlar nəticəsində bu qrumun əməkdaşları hərbi hissələrdə qanunun aliliyini qorumaqla yanaşı, həm də ədalət və hümanizim prinsiplərini əsas götürürlər. Buda gənc əsgərlərin əvvəlki illərlə müqayisədə dəmir barmaqlıqlar arasına düşməsi faktinı xeyli azaltmışdı.

Ölkəmizin Hərbi Prokurorluq əməkdaşları gənc əsgərlərin gələcək talelərini düşünərək, ədalət və hümanizim prinsiplərini özləri üçün fəaliyyət meyarı hesab edirlər. Eyni zamanda zabit və gənc əsgərlər arasında maarifləndirici fəaliyyətlərini də həvəslə davam etdirirlər.

Savadlı, vətənpərvər, müasir texnologiyalarla işləməyi bacaran gənc kadırların bu sistemdə işə qəbulu və vəzifə pillələrində irəli çəkilməsi Hərbi Prokurorluğun imicini müsbət mənada dəyişmişdi.

Heç şübhəsiz ki, islahatlar ölkəmizin bütün sahələrində olduğu kimi, Hərbi Prokurorluq sistemində də uğurla davam edəcək. Bu islahatlar ordu quruculuğuna da müsbət mənada öz layiqli töhfəsin verəcək.

Bu gün Hərbi Prokurorluq əməkdaşı hərbiçilərimiz üçün qorxulu obraz deyil, ədalətin keşiyində dayanmış və qanunun aliliyinə xidmət edən əsl hüquqşunans kimi baxır. Sevindirici haldır ki, insan hüquq və azadlıqlarının qanun çərçivəsində qorunması Hərbi Prokurorluq əməkdaşlarının peşə borcuna çevrilib. (BAKU.NEWS)









Redaktorun seçimi