Aleksandr Proxanov: - Zal İlham Əliyevi alqışladı

Hit: 314
Aleksandr Proxanov: - Zal İlham Əliyevi alqışladı

Soçidəki “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı zamanı rus yazıçısı, Rusiya Federasiyasının siyasi və ictimai xadimi, İzborsk Klubunun sədri və təsisçilərindən biri, “Zavtra” qəzetinin baş redaktoru Aleksandr Proxanov da iştirak edib.

Media.Az-a verdiyi müsahibədə Alexander Proxanov təəssüratlarını bölüşüb:

“Prezident İlham Əliyevin nitqinin əsas ideyası Dağlıq Qarabağ münaqişəsini əhatə etdi. Azərbaycan Prezidenti yaranmış münaqişənin tarixi, müzakirələrin düyün nöqtəsi, davam edən hərbi əməliyyatlardan danışıb: prezidentin çıxışından bir müddət əvvəl erməni snayperinin azərbaycanlı mülki şəxsi öldürdüyü barədə xəbər gəldi. “Qarabağ Ermənistandır və nöqtə” deyən Yerevan formuluna cavab olaraq Prezident İlham Əliyev “Qarabağ Azərbaycandır və nida” deyə əks və kəskin mövqe bildirdi”. 

 

“Ümumiyyətlə, söhbət Asiyadakı münaqişə və bu münaqişələrin hərbi hal aldığı ərazilərdən getdi. İlham Əliyev münaqişənin həlli məsələsində Rusiya Prezidenti Vladimir Putinin konstruktiv yanaşmasını təklif edib”, - deyə A.Proxanov bildirib.

Həmsöhbətimizin sözlərinə görə, İlham Əliyevin çıxışı zamanı salonda radikal Ermənistan nümayəndələri yox idi:

“Tamaşaçılar alqışladılar”.

Aleksandr Proxanov Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Nikol Paşinyanın “Qarabağ Ermənistandır” ifadəsini mühakimə etməsinə də münasibət bildirib:

“Prezidentimiz bu yaxınlarda Soçidə Ermənistan lideri və Azərbaycan prezidenti ilə görüşüb. Rusiyanın artan qeyri-sabitliyi tarazlaşdırmaq niyyəti var. Lavrovun sözlərinə gəlincə, hər şey çox açıqdır. Rusiya Xarici İşlər naziri, sözsüz ki, bu çıxışı qınamalı idi (Paşinyanın bəyanatını - red.)”.









Redaktorun seçimi