Prezident İİlham Əliyevin dili ilə bütün dünyaya bir daha elan edildi ki... - Millət vəkili

Hit: 360
Prezident İİlham Əliyevin dili ilə bütün dünyaya bir daha elan edildi ki... - Millət vəkili

“Həyat mübarizədir. Siyasət mübarizədir. Dövlət maraqlarının müdafiə edilməsi mübarizədir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi mübarizədir”.

Faktor.az Publika.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib.

Ermənistanın baş naziri Nikol Paşinyanın səsləndirdiyi “Qarabağ Ermənistandır, nöqtə” sözlərinə cavab olaraq Prezident İlham Əliyevin “Qarabağ əzəli Azərbaycan torpağıdır, nida işarəsi” sözlərinə münasibət bildirən deputat qeyd edib ki, Azərbaycan müstəqilliyinin qorunması, ərazi bütövlüyünün bərpa edilməsi uğurunda mübarizəsini heç zaman zəiflətməyəcək: “Dövlətimiz və xalqımız lideri Prezident İlham Əliyevin dili ilə bütün dünyaya bir daha elan etdi "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi ".









Redaktorun seçimi