Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik etdi

344 dəfə oxunub
Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Şahmat üzrə Dünya Kubokunda qalib gələn qrossmeyster Teymur Rəcəbovu təbrik edib.

Birinci vitse-prezidentin təbrikində deyilir:

Azərbaycan növbəti böyük uğura imza atıb!

Gənc istedadımız Teymur Rəcəbov şahmat üzrə Dünya Kubokunda ölkəmizi layiqincə təmsil edərək parlaq qələbə qazanıb.

Bütün Azərbaycan xalqının sevincinə səbəb olan bu möhtəşəm qələbə münasibətilə Teymuru səmimi-qəlbdən təbrik edirəm!



Redaktorun seçimi