Dövlət başçımızın qəti və konkret fikri düşmənin bütün niyyətlərini puç etdi - Deputat

162 dəfə oxunub
Dövlət başçımızın qəti və konkret fikri düşmənin bütün niyyətlərini puç etdi - Deputat

“Oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirdi, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən artıq müddətdir yerinə yetirilmədiyini vurğuladı”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin, Aqrar siyasət komitəsinin üzvü Aydın Hüseynov deyib.

“Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq dedi: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. Dövlət başçımızın bu qəti və konkret fikri düşmənin bütün niyyətlərini puç etməklə Azərbaycanın mövqeyinin dəyişməz olduğunu bir daha təsdiqlədi”- millət vəkili bildirib.



Redaktorun seçimi