Qüdrət Həsənquliyevdən Milli Şuranın piketi ilə bağlı SENSASİON ŞƏRH: - Onların planı..

Hit: 217
Qüdrət Həsənquliyevdən Milli Şuranın piketi ilə bağlı SENSASİON ŞƏRH: - Onların planı..

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Bakı Şəhəri İcra Hakimiyyətinin “Milli Şura”nın piketinə icazə verməsi ilə bağlı partiyanın mətbuat xidmətinin sorğusunu cavablandırıb.

Publika.az-ın xəbərinə görə, BAXCP sədri deyib: “Çox yaxşı, bu onların konstitusion hüququdur. Amma məni təəccübləndirən o oldu ki, qanunun aliliyi uğrunda mübarizə apardığını bəyan edən şəxslər insanları çağırır ki, gəlin piketi müşahidə edin. Qanuna görə 50 nəfərdən çox adam piketə qatılarsa, bu artıq qanunun tələblərinin pozulmasıdır. Deməli, piketi müşahidə adı altında insanların kütləvi, qanunsuz toplantısı planlaşdırılır. Bu isə həmin ərazidə qanunsuz aksiya olması və nəqliyyatın hərəkətini pozacağına görə polisin müdaxiləsinə səbəb olacaq. Kənar şəxslərin ora toplanmasının qarşısını almaq əvəzinə əhalini piketi müşahidə etmək adı altında aksiyaya çağırmaq, sadəcə siyasi dələduzluqdur. Sözsüz ki, baş verəcəklərə görə də məsuliyyəti bu cür çağırış edənlər daşımalıdır. Ona görə də Bakı Şəhəri İcra Hakimiyyəti və Baş Polis İdarəsi təşkilatçıları bu barədə xəbərdar etməlidir. Mən də millət vəkili olaraq insanları qanunlara hörmət etməyə, təxribatlara uymamağa çağırıram".









Redaktorun seçimi