Zaxarova: Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar...

Hit: 330
Zaxarova: Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar...

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər etməyi planlaşdırırlar.

Faktor.az Publika.az-a istinadən xəbər verir ki, bunu Moskvada keçirilən brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar bu ölkələrin nümayəndələri tərəfindən anons ediləcək: “Deyə bilərəm ki, Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri ilə razılaşdırıldığı kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqlar aparmaq, Dağlıq Qarabağ nizamlanması məsələsini müzakirə etmək üçün bölgəyə səfər etməyi planlaşdırırlar. Səfərin vaxtı dəqiqləşdirilir və biz bu barədə əlavə məlumat verəcəyik”, -deyə M.Zaxarova qeyd edib.









Redaktorun seçimi