Həmyerlimiz Rusiyada yeni partiya yaratdı

Tanınmış hüquqşünas Elman Paşayev Rusiyada özünün “SSSR“-Ədalətli qüvvələrin gücü” partiyasını təsis edib.
Redaktor.az bildirir ki, 2003-cü ildən hüquqşünas kimi fəaliyyətə başlayan Elman Paşayev peşəkar və ədalətli hüquqşünas kimi MDB məkanında, Avropada, Amerka Birləşmiş Ştatlarında və digər inkişaf etmiş ölkələrdə öz fəaliyyəti ilə diqqət çəkib.
Azərbaycan adını hər zaman uca tutmağa çalışan Elman Paşayev hazırda dünyanın bir çox ölkələrində – Yaponiyada, Avropa ölkələrində, Amerikada şəbəkə şəklində fəaliyyət göstərən “Elman Group” Beynəlxalq Hüquq Holdinqinin rəhbəridir.


