Qondarma DQR komandasının Tehrandakı olimpiadada iştirakı ilə bağlı - BƏYANAT

Hit: 329
Qondarma DQR komandasının Tehrandakı olimpiadada iştirakı ilə bağlı - BƏYANAT

Dağlıq Qarabağdan hər hansı bir komandanın Tehranda erməni idman olimpiadasında iştirakı ilə bağlı yayılan xəbərlər tamamilə əsassızdır.

Faktor.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda bildirilir.

Bəyanatda deyilir: "Səfirliyin İran İslam Respublikasının rəsmi idman orqanlarından aldığı xəbərə əsasən, Dağlıq Qarabağdan hər hansı bir komandanın bu idman olimpiadasında iştirakı üçün heç bir icazə verilməyib. Həmçinin bildirilir ki, bu olimpiada qeyri-siyasi xarakter daşıyır və ondan siyasi məqsədlər üçün istifadə edilməsinə yol verilməyəcək. Səfirlik bir daha vurğulayır ki, İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi ilk və ağır günlərində həmişə qardaş Azərbaycan dövlətinin və millətinin yanında olub və Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməklə bu siyasətini dəyişməyəcək. İran və Azərbaycan dostluğu əbədidir və həqiqətə uyğun olmayan xəbər və şayiələr iki millətin dost və qardaşlığına xələl gətirə bilməz",- deyə bəyanatda vurğulanır.









Redaktorun seçimi