Azərbaycan və türk hərbi pilotlarının möhtəşəm görüntüləri - FOTOLAR

37 dəfə oxunub
Azərbaycan və türk hərbi pilotlarının möhtəşəm görüntüləri - FOTOLAR

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təşkil etdiyi “TurAz Qartalı 2019” təlimləri davam edir.

Faktor.az Publika.az-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə arasında illik hərbi əməkdaşlıq çərçivəsində 2 sentyabrda başlayan təlimlərin bugünkü bölümündə Azərbaycan ordusuna aid Miq-29 və SU-25 qırıcıları ilə Türkiyənin F-16 təyyarələri müdafiə, qorunma və hücum taktikalarını nümayiş etdirib.

Pilotların hazırlaşması, təyyarələrin havaya qalxması və enişi mətbuat nümayəndələri tərəfindən görüntülənib.

Təlimlərin azərbaycanlı koordinatoru Faiq Əliyev verdiyi açıqlamada təlimin iki qardaş ölkənin hava qüvvələrinin lazım olan zaman birgə hərəkət etməyə hazır olması məqsədilə keçirildiyini bildirib.

Qeyd edək ki, təlimlərdə Miq-29, F-16, SU-25 qırıcıları ilə CASA yük təyyarəsi, Mi-35, Mi-17, Sikorski UH-70, CH-47 Chinook ve ATAK/AH-1W döyüş helikopterlərindən ibarət 30-a yaxın təyyarə iştirak edir.

Pakistan Hərbi Hava Qüvvələrinin təmsilçiləri müşahidəçi qismində təlimlərə qatılıb.

“TurAz Qartalı 2019” 16 sentyabrda başa çatacaq.

1
1
1
1
1
1



Redaktorun seçimi