Uşakov Azərbaycan, Rusiya və İran prezidentlərinin zirvə görüşündən danışdı

Hit: 183
Uşakov Azərbaycan, Rusiya və İran prezidentlərinin zirvə görüşündən danışdı

Azərbaycan, İran və Rusiya dövlət başçılarının daha əvvəl təxirə salınmış zirvə görüşü Rusiyada keçiriləcək.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Bununla belə, o, görüşün konkret tarixi barədə hələlik razılığa gəlinmədiyini qeyd edib.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov üçtərəfli zirvə görüşünün texniki səbəblərdən təxirə salındığını deyib. Görüşün avqustun 14-də Soçidə keçirilməsi planlaşdırılırdı.









Redaktorun seçimi