ABŞ seçim qarşısında: münaqişədə kimi seçəcək?

Hit: 319
ABŞ seçim qarşısında: münaqişədə kimi seçəcək?

ABŞ-ın Çinlə qarşıdurmasında Hindistan kimi böyük dövlətin yandaşlığı yaxşı olardı.

Faktor.az xəbər verir ki, bunu politoloq Erkin Qədirli ABŞ-Hindistan münasibətlərinə münasibət bildirərkən deyib. O bu iki dövlətin yaxınlaşması, qarşısında duran siyasi fürsətlər sisteminə nəzər salınması gərəkdiyini söyləyib. Politoloq Hindistanın Rusiyadan hərbi asılılığından bəhs edib:

“Hələ Sovet vaxtlarından ABŞ-ın Pakistanla yaxınlığını tarazlamaq üçün Hindistan SSRİ ilə yaxınlaşmağa başladı. Hər şey bir qırağa, Hindistanın yüksək texnoloji silahları (uçaqlar və raket sistemləri) Sovetdən alınmadır, onun modifikasiyalarıdır. Bu asılılıq bugünün özündə də qalır. Hindistan Rusiyadan silah və ehtiyat hissələri alır. Üstəlik, S-400 raket sistemini almaq istəyir. ABŞ bunu əngəlləməyə çalışır. Prezident Trump buna görə Hindistanı sanksiyalarla hədələyib”.

E.Qədirli Hindistanın İranla yaxınlaşmasının əhəmiyyətinə də diqqət çəkib. O, belə bir yaxınlaşmanın təkcə ABŞ-ı yox, başqa ölkələri də narahat etdiyini bildirib:

“Hindistan İranın cənub sahillərində yer alıb, orada dərin liman tikməyə hazırlaşır, ilkin yatırımlarını edib. Həmin liman tikilmiş olarsa, İranın Hind okeanına birbaşa çıxan ilk limanı olacaq (İranın bütün dərin limanları Fars körfəzindədir). Hindistan həmin limandan Əfqanıstana dərin yol çəkməyi düşnür, bununla da Çindən Pakistanın Hind okeanındakı sahilinə gedən dəmir yoluna rəqiblik etmək istəyir. Yeri gəlmişkən, Çin Pakistanın Hind okeanındakı sahilində bir dərin limanı artıq tikib. Hindistanın İranda liman tikmək hazırlıqları ABŞ-ın planlarına uyğun gəlmir. Özü də, bir tək ABŞ-ın deyil. Hindistanın İranla yaxınlaşmasının qarşısını almaqda İsrail, Səudiyyə Ərəbistanı və Abu-Dabi də maraqlıdırlar. Bu ölkələrin iş birliyinə qeyri-rəsmi ad da "B-team" (B-komandası) qoyulub. Burada "B" adı çəkilən ölkələrin rəhbərliyində olan şəxslərin adlarından götürülmüş ilk hərfdir: Bolton (ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri), Benyamin (İsrailin Baş Naziri), bin Salman (Səudiyyə Ərəbistanın vəliəhdi), bin Zayed (Abu-Dabinin vəliəhdi)”.

E.Qədirlinin sözlərinə görə, Pakistan ABŞ üçün daha önəmlidir.

“Pakistan ABŞ üçün əvəzsiz yandaşdır. ABŞ-ın Çinlə qarşıdurmasında Hindistanın oynaya biləcəyi rol, Pakistanın ABŞ üçün İran və Əfqanıstan kontekstlərindəki yerini verəsi deyil”.









Redaktorun seçimi