Ermənistan XİN-dən Qarabağla bağlı şok bəyanat

68 dəfə oxunub
Ermənistan XİN-dən Qarabağla bağlı şok bəyanat
Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Baş Nazir Nikol Paşinyanın avqustun 5-də Xankəndindəki çıxışı zamanı səsləndirdiyi avantürist, təhrikedici bəyanatları dəstəkləyib.
 
Faktor.az Virtualaz.org-a istinadən xəbər verir ki, Mnatsakanyan bu haqda Yerevanda uruqvaylı həmkarı Rudolf Nin Novoa ilə keçirdiyi brifinq zamanı danışıb.
 
Paşinyan avqustun 5-də Xankəndində demişdi: "Artsax (Dağlıq Qarabağa verilən qondarma ad,-red.) –Ermənistanın ayrılmaz tərkib hissəsidir, nöqtə.”
 
"Ermənistanın Baş Naziri Ermənistanın mövqeyini dəqiq formalaşdırıb. Stepanakertdə (Xankəndi,-red.) deyilənlərə nəsə əlavə etməyə ehtiyac yoxdur”,-Mnatsakanyan bildirib.
 
Onun sözlərinə görə, Ermənistan XİN əvvəlki bəyanatlarında da Xankəndində deyilənləri təsdiqləmişdi. "Deyə bilərəm ki, bizim tərəfimizdən münaqişənin dinc yolla nizamlanmasına dair yanaşmalardan və mövqelərdən yayınmaq niyyəti yoxdur”,-Xarici İşlər naziri əlavə edib.
 
Xatırladaq ki, Paşinyanın bəyanatlarına Bakıdan sərt etiraz bildirilib, Ermənistan rəhbərliyinin Qarabağa dair təhrikedici bəyanatları münaqişə ətrafında atmosferi daha da gərginləşdirib.



Redaktorun seçimi