Azərbaycan Xəzər İqtisadi Forumunda iştirak edir

46 dəfə oxunub
Azərbaycan Xəzər İqtisadi Forumunda iştirak edir

Azərbaycan bu gün Türkmənbaşı şəhərində keçirilən I Xəzər İqtisadi Forumunda təmsil olunur.

Azərbaycan nümayəndə heyətinə Baş nazir Novruz Məmmədov rəhbərlik edir.

Forumun işi zamanı Rusiyanın Baş naziri Dmitri Medvedev Rusiyanın Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanı tezliklə ratifikasiya edəcəyini bəyan edib.

Qeyd edək ki, avqustun 11-12-də Türkmənistanın Türkmənbaşı şəhərində yerləşən “Avaza” milli turizm zonasında Birinci Xəzər İqtisadi Forumu keçirilir.

Birinci Xəzər İqtisadi Forumunun gündəliyinə ticarət və iqtisadi əlaqələrin inkişafı, əsasən də iri layihələr üçün şəraitin yaradılması, Xəzər regionunun iqtisadiyyatının qlobal kontekstdə rolu, neft və qaz, elektrik enerjisi, nəqliyyat, ticarət, kənd təsərrüfatı, turizm və Xəzəryanı dövlətlərin qarşılıqlı maraq kəsb edən digər sahələrində investisiya cəlbediciliyi mövzusunda müzakirələr daxildir. Həmçinin forum çərçivəsində beynəlxalq konfrans, Xəzər İnnovasiya Texnologiyaları Sərgisi, işgüzar dairələrin və şirkətlərin nümayəndələri arasında görüşlərin təşkili nəzərdə tutulub.

Foruma Xəzəryanı ölkələrin nümayəndə heyətləri, hökumət başçıları və üzvləri, sahilyanı regionların və regional icra orqanlarının rəhbərləri, bank sektorunun nümayəndələri və Xəzər regionunun və maraqlı ölkələrin işgüzar dairələri, tədqiqatçılar və iqtisadiyyatın inkişafı ilə məşğul olan şirkətlərin rəhbərləri dəvət olunub.

Xatırladaq ki, bir il əvvəl Qazaxıstanın Aktau şəhərində Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran prezidentlərinin görüşü keçirilib və yekunda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.

FOTO: Report

 

 



Redaktorun seçimi