Türkiyə və ABŞ arasında kritik telefon danışığı

91 dəfə oxunub
Türkiyə və ABŞ arasında kritik telefon danışığı

Türkiyə Prezidentin sözçüsü İbrahim Kalın və ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton arasında telefon danışığı olub.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, söhbət zamanı Suriyanın şimalında təhlükəsiz bölgənin yaradılması, Müştərək Əməliyyat Mərkəzinin qurulması və iki ölkə arasındakı ticarət həcminin artırılması mövzularında fikir mübadiləsi aparılıb.

Tərəflər Suriyanın şimalında təhlükəsiz bölgənin yaradılmasına dair əldə olunan razılaşmanın ən qısa müddətdə həyata keçirilməsinin vacib olduğunu ifadə ediblər. Təhlükəsiz bölgənin yaradılması ilə terror dəhlizinin “barışıq dəhlizi” ilə əvəzlənəcəyi, suriyalıların təhlükəsiz şəkildə ölkələrinə qayıtması üçün uyğun mühitin təmin ediləcəyi dilə gətirilib.

Telefon danışığında ABŞ Prezidenti Donald Trampın bu il Türkiyəyə planlaşdırılan səfərinə dair detallar da gündəmə gəlib.



Redaktorun seçimi