Rusiyadan Qarabağ açıqlaması: Bakı və İrəvan arasında...

Hit: 481
Rusiyadan Qarabağ açıqlaması: Bakı və İrəvan arasında...

Azərbaycan və Ermənistan arasında təmas xəttində müşahidə olunan nisbi sakitlikdən məmnunuq.

APA-nın xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Mariya Zaxarova deyib.

O bildirib ki, tərəflərin fərqli bəhanələrlə qarşılıqlı ittihamlar irəli sürməyə davam etməsi narahatlıq doğurur.

M. Zaxarova qeyd edib ki, belə ritorika danışıqlar prosesi üçün münbit şəraitin yaradılmasına və münaqişənin həlli üçün kompromislərin axtarışına mane olur: “Biz ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi, habelə rəsmi Moskvanın Bakı və İrəvanla sıx münasibətlərini nəzərə alaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hərtərəfli sülh prosesinin irəliyə aparılması üçün köməklik göstərməyə hazırıq”.









Redaktorun seçimi