“Keşikçi” əməliyyatı başlayır

Hit: 394
“Keşikçi” əməliyyatı başlayır

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Yaxın Şərqdə gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün “Keşikçi” adlı beynəlxalq hərbi əməliyyat hazırlayır.

Bu barədə “İnterfaks” qurumun məlumatına istinadən xəbər verir.

 

Sənəddə qeyd edilir ki, əməliyyat Hörmüz, Babülməndəb boğazları və Oman körfəzi boyu beynəlxalq sularda gərginliyin azaldılmasına və dənizdə sabitliyin təmin edilməsinə yönəlib.

Əməliyyata hazırlıq iyulun 19-da Böyük Britaniyanın “Stena Impero” tankerinin İran tərəfindən saxlanması fonunda elan edilib.

oxu.az









Redaktorun seçimi