Azərbaycan XİN Yaponiyaya başsağlığı verdi

Hit: 253
Azərbaycan XİN Yaponiyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yaponiyanın Kioto şəhərində animasiya studiyasında baş vermiş yanğın zamanı ölənlərin ailələrinə başsağlığı verib.

Axar.az xəbər verir ki, bu barədə XİN-in Tvitter səhifəsində məlumat paylaşılıb.

“Yaponiyanın Kioto şəhərində animasiya studiyasında baş vermiş yanğında həyatını itirənlərə görə kədərlənirik. Yaponiya xalqına, yanğın zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralılara isə şəfa diləyirik”, - məlumatda yazılıb.

 









Redaktorun seçimi