Əli Əhmədov ABŞ-da səfərdədir

100 dəfə oxunub
Əli Əhmədov ABŞ-da səfərdədir

Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov ABŞ-a işgüzar səfərə gedib.

Faktor.az xəbər verir ki, səfərdə məqsəd iyulun 15-də Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üzrə hesabatı BMT-yə təqdim etməkdir.

Konfrans BMT-nin Nyu-York şəhərində yerləşən Baş Qərargahında keçiriləcək.

Bu, Azərbaycanın təqdim edəcəyi sayca ikinci hesabatdır.



Redaktorun seçimi