Gürcüstan Azərbaycana yeni baş konsul təyin edib

87 dəfə oxunub
Gürcüstan Azərbaycana yeni baş konsul təyin edib

Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Gürcüstanın yeni təyin edilmiş baş konsulu Nikoloz İaşvilini qəbul edib.

XİN-dən Faktor.az verilən məlumata görə, görüş zamanı N. İaşvilinin baş konsul təyinatı ilə əlaqədar patent sənədi P. Mirzəzadəyə təqdim olunub.

Görüşdə Azərbaycanla Gürcüstan arasındakı strateji münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb.



Redaktorun seçimi