Yıldırım niyə uduzdu?

Hit: 221
Yıldırım niyə uduzdu?

Əkrəm İmaoğlunun qələbəsi bir neçə əsasa söykənir. Lakin bunlardan ən vacibi İstanbul əhalisinin dəstəyidir.

Faktor.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında İstanbul böyükşəhər bələdiyyə seçkisinin cüzi fərqlə Binəli Yıldırımın qələbəsi ilə başa çatacağını proqnozlaşdıran siyasi ekspert Kənan Paşayev Əkrəm İmamoğlunun qələbəsini dəyərləndirərkən deyib.

Ekspert bildirib ki, İmamoğlunun qələbəsində kürdlər də ciddi rol oynadı:

“31 mart seçkisinin nəticələrinin ləğvindən sonra nəinki sadəcə İstanbul əhalisi, eləcə də bütün Türkiyə İmamoğlunun məğlubiyyətini ölkədə demokratiyanın məğlubiyyəti kimi qiymətləndirirdi.

İmamoğlunun qələbəsində əsas faktorlardan biri də kürdlərin ona verdiyi dəstək oldu. Terrorçubaşı Abdullah Öcalan əslində kürd əhaliyə seçkidə bitərəf qalmağı məsləhət görmüşdü. Amma HDP sədri Səlahəddin Dəmirdaş tam əksinə təlimat verərək, kürdlərdən CHP-yə səs istədi. Əslində bu da yaxşı göstəricidir. Artıq HDP-nin PKK terror təşkilatından asılı hərəkət etmədiyinin göstəricisidir”.

K.Paşayev bildirib ki, İmamoğlunun qələbəsi yalnız Binəli Yıldırımın yox, eyni zamanda Rəcəb Tayyib Ərdoğanın üzərində qazanılıb:

“İstanbulun AKP üçün itirilməsi iqtidar partiyası üçün ağır nəticələr verəcək. Artıq AKP İstanbulla bağlı bütün planlarında CHP ilə uzlaşmalıdır. Türkiyə 2023-cü ilə yenilənmiş bir idarəçiliklə daxil olacaq. Əgər qarşıdakı illərdə İmamoğlu öz vəzifəsini layiqincə yetirinə yetirib, qazandığı sevgini qoruya bilsə, Türkiyə Cümhuriyyətinin yeni prezidenti olacaq”.

Qeyd edək ki, ötən gün İstanbul böyükşəhər bələdiyyəsi sədrliyinə təkrar seçkilərdə CHP-nin namizədi Ə.İmamoğlu 54,03, AKP-nin namizədi Binəli Yıldırım 45,09 faiz səs toplayıb.









Redaktorun seçimi