Rusiya Gürcüstanı necə cəzalandıra bilər? - İsti şərh

Hit: 404
Rusiya Gürcüstanı necə cəzalandıra bilər? - İsti şərh

Hesab edirəm ki, Rusiyanın siyasi kuluarlarında Gürcüstanı necə cəzalandırmağın yolları aranır.

Faktor.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Gürcüstanda baş verən aksiyalara münasibət bildirərkən deyib. O qeyd edib ki, bu aksiyalardan Rusiya öz xeyrinə istifadə edəcək:

“Böyük ehtimalla Rusiyanın siyasi kuluarlarında Gürcüstanı necə cəzalandırmağın yolları aranır. Bunlardan biri Rusiya XİN-in vətəndaşları Gürcüstana səfərlərdən çəkindirmək olacaq. Belə bir cümlədən də istifadə oluna bilər: “Gürcüstan Rusiya vətəndaşları üçün təhlükəsiz deyil”. Məsələ burasındadır ki, Gürcüstana ən çox turist Rusiyadan gəlir və bu, Gürcüstan büdcəsi üçün kiçik rəqəm deyil. Kreml ayrıca Gürcüstan mallarının Rusiyaya ixracını da çətinləşdirə bilər”. (axar.az)









Redaktorun seçimi