Novruz Məmmədov Emomali Rahmonla görüşdü

Hit: 277
Novruz Məmmədov Emomali Rahmonla görüşdü

Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısı çərçivəsində Azərbaycanın Baş naziri Novruz Məmmədovla Tacikistanın prezidenti Emomali Rəhmanın görüşü baş tutub.

Bu barədə Tacikistan liderinin mətbuat xidmətinə istinadən xəbər verir.

Emomali Rahmonun  Tacikistan və Azərbaycan arasında əməkdaşlığın səviyyə və keyfiyyətindən razılığını ifadə etdiyi bildirilir.

Görüş zamanı tərəflər iqtisadiyyat, ticarət, sənaye, nəqliyyat infrastrukturu, hidroenergetika, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət və turizm sahəsində Azərbaycan və Tacikistanın hökumətlərarası əməkdaşlığı ilə bağlı vacib məsələləri nəzərdən keçiriblər.









Redaktorun seçimi