İrəvandan etiraf: Hərbçimizin ölüm əmrini Tonoyan verib

50 dəfə oxunub
İrəvandan etiraf: Hərbçimizin ölüm əmrini Tonoyan verib

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbçisi Elşən Xəlilovu şəhid edən hərbçiləri mükafatlandırıb.

Faktor.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan paylaşıb.

Ovanisyan bu şəxslərin Tonoyan tərəfindən mükafatlandırıldığını bildirib:

“Hərbçilər qarşıya qoyulan tapşırığı yüksək səviyyədə icra ediblər”.

Mətbuat katibi dolayı yolla Elşən Xəlilovun qətli əmrinin İrəvandan gəldiyini etiraf edib. Ovanisyan Xəlilovun qətlinin bir müddət öncə məhv edilən erməni hərbçi Sipan Melkonyanın məhvinə görə qisas olduğunu da deyib.



Redaktorun seçimi