Putinlə Paşinyanın Qarabağ müzakirəsi təkzib edildi

29 dəfə oxunub
Putinlə Paşinyanın Qarabağ müzakirəsi təkzib edildi

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında iyunun 6-da keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmayıb.

Faktor.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"Qarabağ münaqişəsi müzakirə olunmayıb. Dünən ikitərəfli münasibətlərə, ticari-iqtisadi əməkdaşlığın müxtəlif aspektlərinə dair ətraflı danışıqlar aparılıb", - D.Peskov deyib.

Qeyd edək ki, bundan öncə Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan tərəflərin Qarabağ məsələsinə də toxunduğu haqqında məlumat yaymışdı. (axar.az)



Redaktorun seçimi