Bolqarıstan Prezidenti Prezident İlham Əliyevi təbrik edib

Hit: 229
Bolqarıstan Prezidenti Prezident İlham Əliyevi təbrik edib

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyevi Respublika Günü münasibəti ilə təbrik edib.

Təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi, ölkənizin və xalqınızın rifahı üçün ürəkdən gələn arzularımı qəbul etməyinizi xahiş edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Bolqarıstan Respublikasının Azərbaycan Respublikası ilə strateji əməkdaşlıq əlaqələrinin davamlı olmasına marağını bir daha təsdiq etmək istərdim.

Əminəm ki, dövlətlərimiz arasındakı əməkdaşlığın inkişafı yüksələn xətlə davam edəcəkdir. Çünki bu münasibətlər sabit zəminə – xalqlarımız arasındakı dostluq əlaqələrinə əsaslanır.

Hörmətli cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.









Redaktorun seçimi