Ziyafət Əsgərov: “Azərbaycan Qarabağın statusu məsələsində beynəlxalq hüquqdan çıxış edir”

Hit: 341
Ziyafət Əsgərov: “Azərbaycan Qarabağın statusu məsələsində beynəlxalq hüquqdan çıxış edir”

“Azərbaycan Dağlıq Qarabağın statusu məsələsində beynəlxalq hüquqdan çıxış edir”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə görüşdə Mili Məclisin sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib. 

Z. Əsgərov deyib ki, ermənilər bir dəfə müqəddəratlarını həll edib: “Biz ermənilərə deyirik ki, Dağlıq Qarabağa muxtar status verə bilərik.  Ermənistan deyir ki, Helsinki prinspinə istinad edirik. Helsinki prinsiplərində ərazi bütbövlüyü birinci, müqəddəratını həll etmək ikinci yerdə gəlir. Deyirik ki, gəlin, Azərbaycan ərazisində muxtariyyət yaradaq. Baxmayaraq ki, bir dəfə Azərbaycan torpaqlaında qondarma Ermənistan yaradılıb, ikici dəfə Dağlıq Qarabağa muxtariyyət verə bilərik”.

Milli Məclisin sədr müavini nəzərə çatdırıb ki, Azərbaycan müstəqil siyasət yürüdür: “Azərbaycan onunla müstəqil dövlət kimi davranılmasını istəyir. Ona görə də Azərbaycanı istəmirlər. Ermənistan iqtisadiyyatı zəif, qondarma dövlətdir, hər şeylə razılaşır. Ona görə də Azərbaycanın yolu inkşaf olmalıdır”.









Redaktorun seçimi