Tokayevdən Əliyevə məktub

Hit: 262
Tokayevdən Əliyevə məktub

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. 

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və qardaş Azərbaycan xalqını Qazaxıstan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan rəqabətqabiliyyətli, dinamik inkişaf edən dövlət kimi iqtisadi, sosial və mədəni-humanitar sahələrdə nailiyyətləri ilə dünya birliyində layiqli yer tutur.

Bununla əlaqədar olaraq arzu edirəm ki, ölkəniz Sizin rəhbərliyiniz ilə daha intensiv inkişaf etsin və xoş məramlarına çatsın.

Ürəkdən inanıram ki, Qazaxıstan ilə Azərbaycan arasında mövcud olan ənənəvi dostluğa və qarşılıqlı anlaşmaya əsaslanan strateji əməkdaşlıq bundan sonra da iki ölkənin xalqlarının rifahı naminə inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə məsul vəzifənizdə böyük uğurlar, dost Azərbaycan xalqına firavanlıq və tərəqqi arzu edirəm”.









Redaktorun seçimi