Ərdoğan Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək

Hit: 246
Ərdoğan Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konya vilayətində Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək.

Dövlət başçısı Konyaya bu gün yola düşüb.

Qeyd edək ki, mayın 13-dən başlayaraq Konyada “Anadolu Ankası - 2019” hərbi təlimləri keçirilir.

Mayın 24-dək davam edəcək təlimlərdə Azərbaycanla yanaşı Qətər, Gürcüstan, İtaliya, Pakistan və Rumıniya Hərbi Hava Qüvvələrinin təyyarələri iştirak edir. (trend)









Redaktorun seçimi